Məğrib namazını səhvən 4 rükət qılan nə etməlidir?

    24.11.2016
Kimdən: 
Elvin bin Seedi
Sual: 
Salam aleykum qardaş.Sualım bele idi ki,megrib namazinin ferzini çadib dord ruketli qilmisam .Sonra yadima dusdu .amma bilmedim ki,namazimI yeniden qilmaliyam yoxsa yox?Allah sizi xeyirle mükafatlandirsin .InşaAllah
Cavab: 

Va aleykum Salam. Qeyd etdiyiniz halda buraxılan səhv namazı bitirdikdən az müddət sonra yada düşərsə, yada düşən zaman namazı yenidən təkrar qılmaq yox, sadəcə səhv səcdəsi edilir. Əgər bu hal namazı bitirdikdən uzun müddət sonra yada düşərsə, səhv səcdəsi etməyə və namazı yenidən qılmağa ehtiyac yoxdur. Çünki, siz rükətlərin sayını artırmısınız. Belə hal olduqda Uca Allahdan bağışlanma diləməniz kifayətdir. Çünki dinimizə görə bilmədən və ya unudaraq xəta etmək üzürlü sayılır: "Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5). Daha ətraflı:
Səhv səcdəsi necə yerinə yetirilir?
Namazda neçənci rükətdə olduğuna şübhə edən nə etməlidir? 

Teqlər: 
Paylaş: