Namazda neçənci rükətdə olduğuna şübhə edən nə etməlidir?

    10.11.2014
Sual: 
Salam mən namazın rukətlərində tez-tez şəkk edirəm. Nə etməliyə?
Cavab: 

Salam aleykum. Namazda rükətlərin sayını unutmaq şeytanın vəsvəsəsi nəticəsində olur. Pey­ğəmbərimiz (salləllahu aleyhi va səlləm) demişdir: "Namaz üçün azan ve­ri­ləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu çağırışı eşitməsin, azan qur­tar­dıqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, iqamə bit­dikdə isə ge­ri qayıdır və nəhayət, insanla onun qəlbi arasında dayanıb ona: "Filan şeyi və filan şeyi yadına sal" - deyərək (namazı qurtarana qədər) onun yadına düş­mə­diyi şeyləri ona təlqin edir. Axırda o adam neçə (rükət) qıldığını (yadına sa­la) bilmir". (Səhih əl-Buxari, 608). 
Digər bir hədisdə buyurulur: "Sizlərdən birinin namazda fikiri yayınarsa "əuzu billəhi minəş şeytanir racim" deyərək 3 dəfə sol tərəfinə yüngül tüpürsün".

Alimlərə görə namazda neçənci rükətdə olduğuna şübhə edən aşağıdakılardan birini etməlidir:

  • Neçənci rükətdə olduğuna şübhələnir, amma iki şübhədən birinə digərindən daha çox əmindirsə (Məsələn, 3-cü, yoxsa 4-cü rükətdə olduğunu bilmir, amma 4-cü rükətdə olmasına daha çox əmindirsə), bu zaman daha çox əmin olduğunu seçərək namazı tamamlayır, salam verdikdən sonra səhv səcdəsi edir.
  • İki şübhədən heç birinə digərinə nisbətən daha çox əmin deyilsə, bu zaman az olanı seçərək namazı tamamlayır, salamdan əvvəl səhv səcdəsi edir.

Həmçinin oxuyun: Namazda fikrin qarışmaması üçün nə etmək lazımdır?

Paylaş: