Qadın zina edən və ailəisilə maraqlanmayan kişidən boşana bilərmi?

    24.12.2016
Sual: 
Salam aleykum biz yoldawimla 3 ay bundan qabaq hence olmamiw dalawmaga bawladiq sonra bildimki zina eliyir sonra ozunu qeribe aparmaga bawladi Eve geceler gec geldi uwaqlarindan ailesinden soyudu menimle yaxinliq elemek istemirdi deyirdi istemirem her defe bir behane getirirdi sorada dedi xesteyem bowanmaq qerarina geldim sorada fikirlewdim belke sehirdi ondan nifret eliyirdim ancaq deyirdim bowanim mene bir meslehet verin men neyniyim bowanim yoxsa ozume ruqye eliyim amma yoldawim cahildi bes o nece olacaq temizlenmese salam aleykum
Cavab: 
Və aleykum Salam. Hər halda ruqyə etsəniz daha yaxşı olar. Həmçinin, Allaha dua edin ki, ərinizi islah etsin və sizin bir-birinizə olan münasibətlərinizi düzəltsin. Dualarınızın qəbul olunması üçün çoxlu yaxşı əməllər edin (əlavə namazlar, valideynə yaxşılıq, sədəqə vermək və s.) və duaların qəbul olunan vaxtlarında da (fərz namazların sonunda, gecənin son üçdə birində və s.) dua edin. Həmçinin ərinizin sözünü eşidib qulaq asdığı insanlar varsa, onlardan xahiş edə bilərsiniz ki, ona nəsihət etsinlər, çünki, boşanmaq ən axırıncı yoldur. Siz fikirləşməlisiniz ki, boşanandan sonra ailə başsız qalacaq və bir sıra çətinliklərə məruz qalacaqsınız. Həmçinin oxuyun:
Paylaş: