Ayaq üstə duraraq su başına çıxmaq olarmı?

    06.12.2016
Kimdən: 
Azer
Sual: 
Ayaq yoluna ayaq üste getmək olarmı .və ya nece getməliyem?
Cavab: 
Salam aleykum. Ayaq üstə duraraq su başına çıxmaq olar. Lakin, bu hər zaman olmasa da, zəruri hallarda və ya ətraf natəmiz olduqda edilə biləcəyinə işarədir. Ayaq üstə duraraq su başına çıxmaq üçün iki şərt yerinə yetirilməlidir:
1) Nəcisə bulaşmayacağına, sidik damcılarının üzərinə sıçramasından qorunmağa əmin olmaq, 
2) Onu heç kimin görməyəcəyinə əmin olmaq. 
Ümumilikdə isə oturaraq su başına çıxmaq təmizlik və tibbi baxımdan daha faydalıdır. Daha ətraflı: Ayaqyoluna getməyin ədəb qaydaları

 

Teqlər: 
Paylaş: