Şəfa adını qoymaq olar? Müsəlman kafir olduqda onun kəbini pozulur?

    29.11.2016
Kimdən: 
Gülay
Sual: 
Salam aleykum, kişi zövcesine dese ki, sen onsuzda arvadım sayılmırsan, cunki soyadımda deyilsen. Soyad deyişmek haram oldugu ucun dəyişməmişəm , o da bilir haram oldugunu. Qebul edim. Prostu ele dedi birden, amma boşamaq niyyeti ile demediyini düşünürem. Bu talaqmıdır? Amma evliliyimize davam etmişik, ne edek? 2. Dinde küfr ederken kebin pozulurmu? Bes bu da talaq sayılır? 3 .bir qıza Şəfa adını qoymaq olarmı? Allahın eş-Şefi adı var deyesen, ona gore deyırem. Varmı eş-Şefi adı Allahın?
Cavab: 

Və aleykum Salam.

1. Boşanma ciddi məsələlərdən sayıldığına görə kişi ağzından çıxan sözlərə fikir verməlidir. Bu məsələdə zarafatla deyilən söz də talaq sayıla bilər. Daha ətraflı:

İslam fiqhi - Talaq (boşanma) fəsli

2. Qadın və ya kişi kafir olarsa, kəbin pozulmuş sayılır.  Amma hər küfr əməl edənə kafir və ya müşrik demək olmaz. Əgər həmin insan özünü müsəlman adlandırırsa, onun bu əməli etməsinin səbəbləri araşdırılmalıdır -- bilməyərəkdən, səhv başa düşmək, məcburiyyət və s. səbəblər ola bilər. Müsəlmanı kafir adlandırmaq çox təhlükəli məsələdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar". (əl-Buxari, 6045; Muslim, 61). Daha ətraflı: Cahillik üzrlüdürmü?

3. Uca Allahın "əş-Şəəfi" adı var və mənası "şəfa verən" deməkdir. Qız uşağına "Şəfa" adını qoymaq isə bu adın mənasını araşdırdıqdan sonra edilməlidir. Belə ki, ərəb dilində "Şəfa - شَفَا" "uçurum" deməkdir. Necə ki, Uca Allah buyurmuşdur: "وَكُنْتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا -  va kuntum alə "şəfə" hufratim-minə-nəari fənqazəkum minhə - ...Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi...". (Ali-İmran, 103).

Sağalmaq mənasına gələn söz isə ərəb dilində "şifa - شِفَاءٌ" adlanır. Lakin, Azərbaycan dilində "şəfa" sözü sağalmaq anlamına gəlir. Ona görə də qarışıq mənalı adlardan çəkinsəniz daha yaxşı olar.

Paylaş: