Nəbi və rəsul arasında fərq nədir?

    03.12.2016
Kimdən: 
ilqar
Sual: 
salam. 1 ci sual .Peygəmbərlərın sayı ilə baglı hədisdə deyilr ki yer üzünə 124min nəbi 313 rəsul göndərilmişdir. Nəbi və rəsul sözlərinin fərqi nədir. 2ci sual.Şiə namazı qılanlar həccddə olarkən camaat namazinda iştirak etdikdə necə namaz qılır.axı onlar əli aciq fərqli namaz qılır.3cü sual.əl Hicr ayə 87 təkrarlanan yeddi ayə dedikdə hansi ayə nəzərdə tutulur.Cox sag olun.
Cavab: 

Və aleykum Salam.

1. Nəbi sözü böyük faydası olan xəbəri verən deməkdir. Rəsul sözü isə göndərilən elçi deməkdir. Nəbi o kimsədir ki, Uca Allah ona, möminlərə xitab etsin və Öz buyruqlarını onlara təbliğ etsin deyə, əmr və qadağaları barədə ona xəbər vermişdir. Uca Allah onları kafirlərə xitab etməsi üçün göndərməmişdir.
Rəsul isə həm möminlərə, həm də kafirlərə göndərilmiş olur və Uca Allahın risaləsini təbliğ edərək insanları yalnız Uca Allaha ibadət etməyə çağırır. Yeni bir şəriət gətirmək rəsul olmaq üçün şərt deyil. Belə ki, Yusuf peyğəmbər, İbrahimin peyğəmbərin (Onlara Allahın salamı olsun) dini üzərində olmuşdur. Davud və Süleyman peyğəmbər də (Onlara Allahın salamı olsun) – hər ikisi Tövrata tabe olmuşlar, lakin bununla belə onlar rəsul idilər. Uca Allah buyurur: "Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə dediniz: "Allah ondan sonra elçi göndərməyəcəkdir!" Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar". (Ğafir, 34).
O, həmçinin buyurur: "Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik. Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə sənə heç nə söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı". (ən-Nisə, 163-164).

2. Namaz peyğəmbər (salləllahu aleyhi və səlləm) öyrətdiyi kimi qılınmalıdır. Bu cavabları oxuyun:
Sünni doğrudur, yoxsa şiə?
Namazın qılınma qaydası - VİDEO
Namazda əlləri necə tutmaq lazımdır?
Möhürlə namaz qılmaq olarmı?

3. Təkrarlanan yeddi ayə "əl-Fatihə" surəsidir ki, namaz qıdıqda namazın hər rükətində təkrar-təkrar deyilir.

Paylaş: