Siz aşağıdakı hədisləri inkar edirsinizmi?

    16.01.2017
Sual: 
Salam Aleylum. Bir nəfər Şiə nədir, sünnü nədir deyə sual veribdir. Siz də cavabınızda bunları da yazmısınız. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dinə salınan hər hansı bir yeniliyi rədd edərək buyurmuşdur: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar“. (əl-Buxari, 2697). Başqa hədisdə buyurur: "Həqiqətən ən doğru kəlam Allahın Kitabıdır, ən doğru yol Muhəmməd Peyğəmbər yoludur... Bu aydındır.Bəs Peyğəmbərimizin "Sizə 2 əmanət qoyuram, 1 Quran, 2 Əhli-beyt" Və Əli(ə)ın əlini yuxarı qaldırıb buyurubmu ki, Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam. Mən kimim mövlasıyamsa, O Əlidə də onun mövlasıdır və s..." Sünnülər deyir ki, deyməyib.
Cavab: 
Və aleykum Salam. Əvvəla onu deyək ki, İslamda firqəçilik yoxdur. Əgər Qurani-Kərimə müraciət etsəniz bu barədə kifayət qədər ayə tapa bilərsiniz. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın...!" (Ali-İmran, 103); "(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mən sizə iki ağır əmanəti qoyub gedirəm. Bunların birincisi Allahın kitabıdır. Onda hidayət və nur vardır. Siz də Allahın kitabına bağlanın və ondan möhkəm tutunun! Peyğəmbər (salləllahu aleyhi və səlləm) Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra da belə dedi: (İkinci tövsiyəm) Əhli-beytimdir. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram, Mən əhli-beytim barədə sizə Allahı xatırladıram". (Muslim, 1218, 2408). Hədisin bu mətnindən aydın olur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qurana tabe olmağı əmr etmiş, Əhli-beytinə qarşı isə nəvaziş göstərməyi, onlarla xoş davranmağı və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Bu hədislər səhih hədis kitablarında qeyd edilmişdir və onları inkar etmək olmaz. Əhli-beyt Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələrinin hamısı sayılır. Amma bu hədislərin mənası odur ki, əhli-beyti sevmək, onlara tabe etmək, dində onların qoyduğu yolu tutub getmək lazımdır. Onları sevməkdə həddi aşmaq, onların etmədiyi şeyləri etmək və onların yalnız beş nəfərdən ibarət olmasını demək isə qadağandır. Daha ətraflı:
Paylaş: