Səcdədə azərbaycan dilində dua etmək olarmı?

    06.12.2016
Sual: 
Salam. Zəhmət olmasa deyərdiniz, namazın içində səcdədə azərbaycan dilində şəxsi peoblemlərin həlli üçün dua etmək olarmı? Allah Sizə kömək olsun. Hörmətlə Zaur
Cavab: 

Və aleykum Salam. Bəli, namazda səcdədə istədiyiniz duaları öz dilinizdə edə bilərsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın". (Muslim, 782). Həmçinin, oxuyun: Namazda olarkən səcdədə dua etmək doğrudur?

Teqlər: 
Paylaş: