Yel çıxarkən yuyunmaq lazımdırmı?
Sual:
Salam mənim dostum dəstamaz alanda həmişə arxasını yuyur. Deyir ki əgər dəstamazı qaz yolu ilə pozmusansa mütləq arxanı yumalısan. Səbəbin soruşanda deyir ki sən qaz buraxanda qazdan əlavə sənin arxan da bulaşır. Əgər məqsəd pak olmaqdısa onda bunu eləmək vacibdi. Mən isə deyirəm ki elə şey nə maidə nə də nisa surələrində olan dəstamaza aid ayələrdə yoxdu. Heç hədis kitablarında da rast gəlməmişəm. Sizcə bu nə dərəcədə doğrudur?
Cavab:
Və aleykum Salam. İslam alimlərinin yekdil fətvalarına görə yel buraxılan zaman onunla yanaşı rütubət (sulu hal) çıxmazsa, bu zaman həmin yeri yumağa heç bir ehtiyac yoxdur. Necə ki, İbn Qudamənin nəql etdiyinə görə İmam Əhməd (Allah onlara rəhmət etsin) demişdir ki, yel çıxıdığı zaman həmin yeri su ilə təmizləmək barəsində Quran və Sünnədə heç nə bildirilməyib. ("əl-Muğni" əsəri, 1/100). Bu hal sadəcə dəstəmazı batil edir. Hətta bəzi alimlər demişlər ki, kim bunun şəri baxımdan yuyulmasının vacib olduğunu etiqad edərsə, artıq bidət etmiş sayılır. Arxa və ön hissənin yuyulması yalnız həmin yerlərdən nəcasət çıxdığı zaman gərəkir. Lakin, kim istəsə bunun şəriətdə vacib olmasını etiqad etmədən yel çıxanda həmin hissəni yuya bilər.