32. Vitr namazında edilən qunut duası
[Allahummə-h-dini fi mən hədeytə, va afini fi mən afəytə, va təvalləni fi mən təvalləytə, va bərik li fi mə a'taytə, va qıni şərra mə qadaytə, fə innəkə taqdi va lə yuqda aləykə, innəhu lə yəzillu mən valəytə, [va lə yə'izzu mən adəytə] təbəraktə Rabbənə va təaləytə]
«Allahım! Hidayət verdiyin kimsələr arasında mənə də hidayət ver! Salamatlıq bəxş etdiyin kimsələr arasında mənə də salamatlıq bəxş et! Dost qəbul etdiyin kimsələr arasında məni də dost qəbul et! Mənə verdiklərini bərəkətli et! Qərar verdiyin şeylərin şərindən məni qoru! (Hər şeyə) Sən qərar verirsən, Sənin üçün isə qərar verilməz. Dost qəbul etdiyin kimsə zəlil olmaz. [Düşmənçilik etdiyin kəs isə qüdrətli olmaz.] Ey Rəbbimiz! Sən xeyirxahsan və ucasan!»[1]
[Allahummə inni əuzu birıdakə min səxatikə, va bimuafətikə min uqubətikə, va əuzu bikə minkə, lə uhsı sənəən aləykə, əntə kəmə əsnəytə alə nəfsikə]
«Allahım! Sənin qəzəbindən razılığına, cəzandan əfvinə sığınıram. Səndən Sənə pənah aparıram. Mən Səni (layiqincə) tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən!»[2]
[Allahummə iyyəkə nə'budu, va ləkə nusalli va nəscudu, va ileykə nəs'a va nəhfidu, nərcu rahmətəkə va naxşə əzabəkə, innə azəbəkə bi-l-kəfirinə mulhəq. Allahummə innə nəstə'inukə va nəstağfirukə va nusni aləykə-l-xayra va lə nəkfurukə, va nu'minu bikə va nəxdau ləkə va naxləu mən yəkfurukə]
«Allahım! Biz yalnız Sənə ibadət edirik! Sənin üçün namaz qılır və Sənə səcdə edirik. Sənə doğru can atır və qulluq etməyə tələsirik. Sənin mərhəmətini diləyir və Sənin əzabından qorxuruq. Əlbəttə, əzabın kafirlərə yetişəcək. Allahım! Səndən kömək istəyir və Səndən bağışlanma diləyirik. Xeyri (Sənə) aid edib Sənə tərif deyirik və Sənə qarşı küfr etmirik. Sənə iman gətirir və Sənə boyun əyirik. Sənə qarşı küfr edənləri tərk edirik!»[3]