34. Vitr namazının salamından sonra edilən zikr
Üç dəfə: [Subhanəl-Məlikil-Quddus]
«Müqəddəs Hökmdar pak və nöqsansızdır!» deyir, üçüncü dəfə isə səsini qaldırıb uzadaraq:
[Rabbil-məlaikəti və-r-Ruh]
[«...Mələklərin və Ruhun Rəbbi!»] deyir.[1]
[1]ən-Nəsai, 3/244; əd-Daraqutni, 2/31 və başqaları rəvayət etmişlər. Mötərizədəki sözlər əd-Daraqutninin əlavəsidir. Bu hədisin isnadı “səhih”dir. Şueyb əl-Arnavut və Abdulqadir əl-Arnavutun təhqiq etdiyi «Zadul-Məad», əsərinə 1/337 bax.