Qadın namaz qılmadan öncə hicab bağlaya bilərmi?
Va aleykum Salam. Həm namaz, həm də hicab Uca Allahın müsəlman bəndələrinə vacib buyurduğu bir əmridir. Siz artıq hicab bağlayırsınızsa, deməli Allah üçün böyük bir addım atmısınız. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Mən qulumun barəmdəki zənni yanındayam. Məni yad etdikcə onunlayam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli camaatın (mələklərin) yanında yad edərəm. O Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm". (əl-Buxari, 8/171; Muslim, 4/2061).
Ona görə də siz Uca Allaha dua edərək tezliklə namaza başlayın, çünki namaz qılmamaq olduqca böyük və təhlükəli günahlardandır və heç bir xeyirli əməl, həmçinin hicab bağlamaq da bu günahı silib aparmır. Ona görə də Uca Allaha dua edin ki, sizin üçün asanlaşdırsın və tezliklə namaza da başlayasınız! Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (əl-Ənkəbut, 45). Namaz qılmağın qaydasını isə NAMAZ səhifəsindəki videoya baxıb öyrənə bilərsiniz. Həmçinin, oxuyun: Namaz qılmayan Cənnətə girə bilərmi?