Dəstəmazda ayağını yumağı unudan namazı yenidən qılmalıdırmı?
Sual:
Assalamu aleykum. Sübh namazını təyəmmüm alıb qılmışam, zöhrü də dəstamaz aldım, amma ayığımı yumağı unutdum, ayağıma məsh çəkib qıldım, sonra yadıma düşdü ki, ayaqlarımı yumadan qılmışam. İndi nə edim, təkrar qılım?
Cavab:
Və aleykum Salam. Əgər namazı qılıb qurtardıqdan sonra xatırlamısınızsa, bu zaman düzgün şəkildə dərhal dəstəmaz alıb yenidən həmin namazı qılmaq lazım idi. Üstündən xeyli bir vaxt keçsə də belə sonra xatırlamısınızsa, həmin namazın qəzasını qılmaq lazımdır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Həmçinin, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).