37. Düşmən və ixtiyar sahibi ilə rastlaşarkən edilən dua
[Allahummə inna nəc'alukə fi nuhurihim və nəuzu bikə min şururihim]
«Allahım! Onların yaxasını Sənə tapşırırıq və onların şərindən Sənə sığınırıq!»[1]
[Allahummə əntə adudiy və əntə nəsıyriy, bikə əculu və bikə əsulu və bikə uqatilu]
«Allahım! Dayağım Sənsən, köməyim Sənsən. Sənin sayəndə hərəkət edir, Sənin sayəndə (düşmənin üstünə) atılır və Sənin sayəndə vuruşuram!»[2]
[Həsbunəllahu və ni'məl-vəkil]
«Allah bizə bəs edər. O nə gözəl Vəkildir!»[3]