38. Rəhbərin zülmündən qorxan kimsənin etdiyi dua
[Allahummə Rabbəs-səmavatis-səb'i və Rabbəl-arşil-aziym kun liy cəran min fulən ibni fulənin[1] və əhzabihi min xaləiqikə, ən yəfruta aleyyə əhədun minhum, əu yətğa, azzə carukə və cəllə sənaukə və lə ilahə illə ənt]
«Allahım! Yeddi qat səmanın Rəbbi, böyük Ərşin Rəbbi! Filankəs oğlu filankəsdən (həmin şəxsin adı deyilir) və yaratdıqlarından olan onun köməkçilərindən mənim üçün himayəçi ol ki, onlardan heç biri mənə zərər verməsin və ya (mənə qarşı) azğınlaşaraq həddini aşmasın. Sənin himayə etdiyin kimsə qüdrətlidir. Uca təriflər Sənədir. Və Səndən baçqa məbud yoxdur!»[2]
[Allahu Əkbər, Allahu ə'azzu min xalqihi cəmiyan, Allahu ə'azzu mimmə əxafu və əhzəru, əuzu billəhil-ləzi lə ilahə illə huvə, əlmumsikis-səməvatis-səb'i ən yəqa'nə aləl-ardı illə bi iznihi, min şərri abdikə fulənin,[3] və cunudihi və ətbaihi və əşyaihi minəl-cinni vəl-insi, Allahummə kun liy cəran min şərrihim, cəllə sənaukə və azzə cərukə və təbarəkəsmukə və lə ilahə ğayrukə]
«Allah ən Böyükdür! Allah bütün yaratdıqlarından qüdrətlidir. Allah qorxduğum və həzər etdiyim hər şeydən qüdrətlidir. (Allahım!) Sənin filan qulunun şərindən, onun cinlərdən və insanlardan olan qoşunundan, köməkçilərindən və tərəfdarlarından, Özündən başqa məbud olmayan, Öz izni olmadan yerin üzərinə düşməsin deyə yeddi göyü saxlayan, Allaha sığınıram. Allahım! Onların şərindən məni himayə et. Uca təriflər Sənədir. Sənin himayə etdiyin kimsə qüdrətldir. Sənin adın mübarəkdir və Səndən başqa məbud yoxdur!»[4]