Bəqərə surəsinin 195-ci ayəsini izah edə bilərsinizmi?

    16.01.2017
Kimdən: 
Abdullah
Sual: 
as Salamu aleykum. öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir". (əl-Bəqərə, 195) bu ayeni siqaret cekenlere nisbet etmek olarmi ? umumiyetce (əl-Bəqərə, 195) ayesini izzah ederdiniz tefsirin .oncede tesekurler Allah razi olsun .
Cavab: 

Va aleykum Salam. Uca Allah buyurur: "...öz əllərinizlə özünüzü təhlükəyə atmayın...". (əl-Bəqərə, 195). Bəli, islam alimləri bu ayəni siqaretin haram olmasına dəlil kimi gətiriblər. Digər oxşar bir ayədə isə Uca Allah buyurur ki, "...və özünüzü öldürməyin...!" (ən-Nisa, 29). Məgər siqaret çəkmək onların öz əlləri ilə özlərini təhlükəyə atmaqları deyilmi? Daha ətraflı: Siqaret çəkmək olarmı?
İbn Kəsir (Allah ona rəhmət etsin) əl-Bəqərə surəsinin 195-ci ayəsinin təfsirində deyir ki, Huzeyfə (Allah ondan razı olsun) bu ayənin ehtiyacı olanlara göstərilən təmənnasız yardım haqqında nazil olduğunu söyləmişdir. (əl-Buxari, "Fəthul-Bari", 8/33). İbn Əbu Hatim (Allah ona rəhmət etsin) də eyni şəkildə rəvayət etmişdir. Abdurrahmən ibn Nasir əs-Sə'di (Allah ona rəhmət etsin) isə "Müqəddəs Quranın Təfsiri" adlı kitabında bu ayə barədə demişdir ki: "Uca Allah Öz bəndələrinə buyurur ki, onlar öz əmlakını xeyir işlərə və Allahın razı qaldığı məqsədlərə sərf etsinlər... Amma ən mühüm ianə Allah yolunda olan döyüşə sərf edilən xərclərdir... İanələr — Allah yolunda mübarizənin canıdır, çünki müsəlmanlar Allah yolunda öz mallarından keçmədikcə cihad mümkün deyil. Belə ianələrdən boyun qaçırmaqla onlar cihadın qarşısını alır və düşmənlərə onların üzərində özbaşınalıq və hökmranlıq etməyə imkan verir. Bir sözlə, cihad üçün ianələr verməmək müsəlmanların özlərini təhlükəyə atmasına səbəb ola bilər. Bəndə iki halda özünü təhlükəyə atır: həyatını itirməklə və ya qəlbini ölümlə nəticələndirən və ya nəticələndirə bilən ilahi hökmü yerinə yetirmədikdə; və onun həyatının itirilməsinə və ya qəlbinin ölməsinə səbəb olacaq əməllərə yol verdikdə. Belə əməllər olduqca çoxdur və onlardan biri də Allah yolunda müqəddəs müharibədə iştirak etməkdən və yaxud döyüş əməliyyatlarına maddi yardımdan imtina etməkdir. Bu imtina — düşmənlərin müsəlmanlar üzərində qələbəsinə səbəb olur. Belə əməllərə həmçinin döyüşdə və ya qorxulu səfərdə öz həyatı üçün təhlükə yaratmaq da aiddir. Eyni şeyi vəhşi heyvanların və ilanların məskunlaşdığı ərazidə gecələyən, çürük ağaca çıxan və laxlayan binaya girən və ya özünə başqa təhlükəli məşğələlər tapan insan barəsində də demək olar. Bütün sadalanan hallar — insanların özlərini məhvə məhkum etmələrinin nümunələridir. Yenə bunun bir nümunəsi kimi, Allaha itaətsizliyi, Onun bağışlayacağına ümid bəsləməməyi və dinin vacib hökmlərini yerinə yetirməməyi göstərmək olar. Dinin vacib hökmlərini yerinə yetirməmək isə qəlbi puç, imanı isə məhv edir...".

Teqlər: 
Paylaş: