Gündə bir dəfə namaz qılsam, qəbul olunarmı?
Sual:
salam men elnare men hec namaz qilmiram ama gunde bir kere axsam qilmaga imkan olur Ele etsem gunahmidir o qebul sayilirmi?
Cavab:
Və aleykum Salam. Namaz gün ərzində beş vaxtda qılınmalıdır və Uca Allah namazı hər kəsə bütün şəraitlərdə vaxtlı-vaxtında qılmağı vacib buyurmuşdur: "Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103). Siz gələcəkdə namazları tam vaxtında qılmaq niyyətilə başlayın. Uca Allaha dua edin ki, O, namaz qılmağı sizə asanlaşdırsın. Həmçinin oxuyun: