Xəstə insan özündə olmursa, namazları necə qılmalıdır?

    12.01.2017
Kimdən: 
Nala
Sual: 
Salam aleykum bu yaxinlarda Menim Anam insult kecirdiyine gore Ona sakitlesdirici dermanlar vurulurdu . Tez tez yuxuya getdiyine gore, anama Teyymun edib namaz gildira bilmedik . BU Mene cox maragli geldi . Umimiyyetle bilmek isdeyerdim BU kimi hallarda nece defe namaz gilmag ve nece rukaat namaz gilmag dinimize uygun olardi .? Hamisi olmasa da Hec olmasa bir gismini gilmag duzgun olardimi? Indiden tesekkurumu bildirirem .
Cavab: 
Və aleykum Salam. Xəstə olan dəstəmaz ala bilmirsə, təyəmmümlə namaz qılır. Həmçinin, əgər ağır xəstəlikdirsə, namazları səfərdə olduğu kimi üç vaxtda lakin qısaltmadan tam qılır. Xəstəliyə görə özündə olmayan insan ayılandan sonra qəzaya gedən namazları bacardığı qədər qılmalıdır. Daha ətraflı:
Teqlər: 
Paylaş: