Kişilərə qızıl haramdırsa, ağızdakı qızıl dişləri nə edək?
Sual:
salam!Hər birinizə öz dərin təşəkkürümü bildirirəm*Allah sizdən razı olsun*Sizin bu saytınızdan istifadə etməklə səriyət qaydalarını gözəl bir şəkildə öyrənmək mümkün olur*SUAL 1 qızılın kişiyə haram oldugunu bu vaxta kimi bilməmişəm*Mənim bir neçə düzəltmə dişim var*Onlardan ikisi qızildır*İndi çox narahat oluram*Bilmirəm nə edim?SUAL2;Eşitmə aparatı qulaqda ola ola namaz qılmaq olarmı? ÇOX sag olun*ALLAH SİZDƏN RAZI OLSUN:
Cavab:
Və aleykum Salam.
1. Zərurət halında kişilərə qızıldan istifadə etməyə icazə verilir. Əgər ağızda xarab dişlərin yerinə qızıldan diş qoyulubsa, buna görə narahatçılıq çəkmək və onları çıxartmaq lazım deyil. Daha ətraflı: Estetik cərrahiyyə əməliyyatı hansı hallarda icazəlidir?
2. Bəli, eşitmə aparatı qulaqda ola-ola namaz qılmaq olar, bunun namaza təsiri yoxdur. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar