Qiblənin əksinə namaz qılan namazını yenidən qılmalıdırmı?

    13.02.2017
Sual: 
Salamu aleykum namaz gilarken sehven uzumu gobleye yox arxami gibleye tutub namaz gilmisam . Namazin ortasinda yadima dusdu ki ,men uzu gibleye dayanmamisam . O vaxt men ne etmeli idim ? Namazi yeniden gilmali idim ? Allah razi olsun !
Cavab: 
Və aleykum Salam. Əgər namazın ortasında qibləyə səhv yönəldiyinizi bilmisinizsə, namazdan çıxmadan qibləyə dönüb namazı davam etdirmək lazımdır. Əgər namaz əsnasında istiqamətinizin səhv olduğunu anlasanız, lakin qiblənin hansı tərəfdə olduğunu bilməsəniz, namazdan çıxıb qibləni təyin etməyə çalışmalısınız. Bu da mümkün olmasa hansı tərəfə istəsəniz, o səmtə yönəlib namazı qılmalısınız. Uca Allah buyurur: "Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar". (əl-Bəqərə, 115). 
Namaz qıldıqdan sonra qiblənin istiqamətinin səhv olduğu bildikdə, namazı yenidən qılmağa ehtiyac yoxdur. Uca Allah buyurur: "Hara səfərə çıxsan, na­maz qıldıq­da üzünü Məscidul­harama tərəf çevir! Çünki bu, sənin Rəbbindən gələn haq­dır!" (əl-Bəqərə, 149).
Həmçinin oxuyun: Namazın şərtləri hansılardır? 
Amir ibn Rabiə (Allah ondan razı olsun) rəvayət edir ki: "Biz qaranlıq bir gecədə Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) bərabər səfərdəydik. Qiblənin hansı tərəfdə olduğunu bilmirdik. Buna görə də hərə özü bildiyi tərəfə namaz qıldı. Səhər açılanda bu haqda Peyğəmbərə (salləllahu aleyhi və səlləm) xəbər verdik. Bu zaman ayə nazil oldu: "...hansı tərəfə yönəlsəniz Allahın üzü oradadır...". (əl-Bəqərə, 115)". (İbn Məcəh, 1020).
Teqlər: 
Paylaş: