Ayağı yaralı olan dəstəmazı necə almadır?

    13.02.2017
Kimdən: 
Faiq
Sual: 
Salam, Menim barmağımı ayaqqabı döydüyü üçün dərman qoyub tənziflə bağlamışam. Barmağımda dərmanlı tənzif olduğu halda dəstəmaz alıb namaz qıla bilərəm? Çox Sağ Olun
Cavab: 
Və aleykum Salam. Həmişəki qaydada dəstəmaz alırsınız və növbə ayaqlara çatdıqda həmin ayağınızı mümkün olan qədər yüngülvari yuyun və yuya bilmədiyiniz hissəyə əlinizlə yüngülcə məsh çəkin. Əgər ümumiyyətlə həmin ayağı yumaq mümkün deyilsə, onda o ayağnıza əlinizi isladıb üzərindən ehmalca məsh çəkin. Uca Allah buyurur: "...Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...". (əl-Bəqərə, 286). "Allahdan bacardığınız qədər qorxun". (ət-Təğabun, 16). Həmçinin oxuyun:
Paylaş: