Dəri xəstəliyinə görə üzünə su vura bilməyən necə dəstəmaz alsın?

    20.03.2015
Kimdən: 
Ruqiyye
Sual: 
Esselemu aleykum ve Rehmetullahi ve bereketuhu. menim uzumde nece illerdiki lekeler var mualicesini edirdim ama o yeniden dahada pislesdi sebebi ise gunde 5defe suyla destamaz almaq idi Hekim muveqqeti teyemum ile al qil dedi cunki mualice dahada pis tesir edir men bir muddet ele qildim imkanim olmadigi ucun mualice yarimcig qaldi Hal hazirda mualice almiram men teyemumle namaz qila bilerem? onuda deyimki destamazi aldigda uzum cox pisleshir lekelerim artir yandirir
Cavab: 

Və aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Məşhur islam alimi İbn Useyminə (Allah ona rəhmət etsin) görə bu halda dəstəmazda su vura bildiyiniz yerləri adi qaydada yumaq, su vura bilmədiyiniz yerlərin əvəzinə isə təyəmmüm almaq lazımdır. Təyəmmüm həm dəstəmazdan əvvəl, həm də sonra alına bilər. Uca Allah buyurur: "Allahdan bacardığınız qədər qorxun". (ət-Təğabun, 16).
Ümumən dəridə yara, yanıq, xəstəlik və digər şeylər olduqda bunlardan birinə əməl edilməlidir:

  1. Yaranın üzəri açıqdır və onu yumağın ziyanı yoxdur. Bu halda dəstəmazda onun yuyulması vacibdir.
  2. Yaranın üzəri açıqdır, onu yumaq ziyandır, üzərinə yaş əl çəkmək isə ziyan deyil. Bu halda üzərinə yaş əl çəkilir.
  3. Yaranın üzəri açıqdır, onu həm yumaq, həm də üzərinə yaş əl çəkmək ziyandır. Bu halda dəstəmazda digər yerlər yuyulur, həmin yer üçün isə təyəmmüm edilir.
  4. Yaranın üzəri gips, sarğı və s. şeylərlə bağlıdır. Bu halda digər yerlər yuyulur, həmin yerin üzərinə yaş əl çəkilir. Təyəmmümə isə ehtiyac olmur.
Paylaş: