Allaha və Peyğəmbərə inanıb Axirətə inanmayan kafir sayılırmı?

    13.02.2017
Sual: 
salam aleykim.Mənim atam Allaha,Peyğəmbərə inanir,amma axirət dünyasina inanmir.Bu kafirlikdir?Allah razi olsun!Amin!
Cavab: 
Və aleykum Salam. Ümumən axirətə iman gətirməmək insanı dindən çıxaran böyük küfrlərdən sayılır, lakin hər küfr edən kafir sayılmır. Sizin dediyiniz kimi atanız Allaha və Peyğəmbərə inanır və özünü müsəlman sayırsa, onu axirətə inanmadığı üçün birbaşa kafirlikdə ittiham etmək doğru deyil, çünki o, bunu bilməməzmikdən və ya səhv başa düşmə səbəbilə edə bilər. Sizin üzərinizə düşən isə belələrinin hökmünü axtarıb-araşdırmadan səbir və təmkinlə gözəl şəkildə haqq yola devət etməkdir. Həmçinin oxuyun:
Paylaş: