Murdar şey dəymiş paltar quruyubsa, yenidən su dəyəndə murdar olurmu?
Sual:
Salam aleykum.
1)Eyer paltarda necaset olarsa hemin necaset quruyarsa necaset hokumunden duwur.Eyer hemin paltardaki necasetin ustune su ve ya bawqa maye duwse necislik hokumu yeniden aktivlewir yoxsa ele hokmden duwmuw kimi qalir?
2)Paltar yuyan mawin insan eli kimi necaset duwmuw yeri deqiqlikle yumur.Hemcinin necaset yuyulan yer sixilmalidi,paltar yuyan mawinda ise bu yoxdu.Necasete bulawmiw paltar necasete bulawmamiw paltarlar ile birlikde yuyulsa her ikisi temiz sayilir?Bu cur yuyulma icazelidir?
Cavab:
Və aleykum Salam. Sidiyə bulaşmış paltarın üzərinə təmiz su düşdükdə, artıq təmiz sayılır. Dində çox dərinə, xırdaçılığa getmək olmaz. İnsanın bədəninə və ya paltarına nəcis dəydikdə, o hissə yuyulur. Az miqdarda sıçrayıbsa, əli yaş edib çırpmaq kifayət edir. Səhl ibn Huneyf (Allah ondan razı olsun) demişdir: "Mən məzidən çox əziyyət çəkir və buna görə çox çimirdim. Bu haqda Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəbər verdikdə o dedi: "Buna görə təkcə dəstəmaz almağın kifayətdir". Mən dedim: "Ey Allahın Elçisi, bəs paltarıma dəyənini necə edim?" O dedi: "Bir ovuc su alıb batan yerin üzərinə tökməyin kifayətdir". (İbn Məcəh, 409).
Həmçinin, nəcisə bulaşmış paltarlar paltaryuyan maşında digər təmiz paltarlarla birlikdə yuyulduqda təmiz sayılır. Paltrayuyan maşının nəcisli paltarları dəqiqliklə yumaması, sıxmaması və s. bu şeytanın sizə dini çətin göstərmək üçün təlqin etdiyi vəsvəsədir. Bilməlisiniz ki, vəsvəsəyə nə qədər çox fikir versəniz, bir o qədər də çoxalacaq. Ona görə də, vəsvəsə ilə mübarizə aparmaq yox, ona fikir verməmək lazımdır. Həmçinin oxuyun: