Məsciddə verilən azanı eşidən evdə namaz qıldıqda azan verə bilərmi?
Sual:
Salamun aleykum. Məsciddə səsgücləndirici ilə azan verilir və evdə bu azanı eşidirəm. Bilmək istəyirəm ki, bundan sonra mən evdə
namaz qılmağa başlayanda azan verməliyəmmi? Əgər azan verərəmsə ziyanı varmı? Allah sizdən razı olsun.
Cavab:
Və aleykum Salam. Əgər məsciddə verilən azanı eşidirsinizsə, heç bir üzürlü və ya zəruri səbəb yoxdursa, bu zaman camaat namazına getməyiniz vacibdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Hər kim azanı eşidib, heç bir üzürlü səbəbi olmadan camaat namazına gəlməzsə onun (tək halda qıldığı) namazı naqis olar". (İbn Məcəh, 793). Əgər məscidə camaat namazına getməməyə üzürlü və ya zəruri bir səbəbiniz varsa, məsciddə verilən azanla kifayətlənib evinizdə azan vermədən də namazınızı qıla bilərsiniz. Amma azan versəniz də, bunda da bir qəbahət yoxdur. Həmçinin, oxuyun: İslam fiqhi: Camaat namazının hökmü