Zina etməyə tövbə edən şəxsə qəbir əzabı veriləcəkmi?

    18.02.2017
Kimdən: 
Əkbər
Sual: 
Salam. bir nəfər var keçmişi həyatının 5 6ili böyük günahlarnan keçib. 14 qadınla zina edib aq valideyin olub və başqa böyük günahlar edib. Bu insan Tövbə elədi Namaza başladı. Namaza başlayanda bir neçə ay sonra Qadınlarla yaxınlıq etməsədə Telefonda pozğun videolara baxdı 4 5 dəfə. Günahına görə ağlıyır həmin insan. Və indi hal hazrda yenə tövbə edib Pis videolara baxmır naməhrəmlərdən çəkinir söyüş söymür bir neçə gündü. Valediyənlərə yaxşı davranır və Namazlarınıda vaxtında qılır. Xülasə sualım bu insanı keçmişi rahat buraxmır elədiyi 14 qadınlarla olan zinası ona yadına düşəndə əziyyət verir və qorxur ki Qəbir həyatında ona çox dəhşətli əzab verəcəklər və ağlıyır. Ona necə nəsihət edim?
Cavab: 
Və aleykum Salam. Ümumən insanın günahlarına görə narahat olması yaxşı haldır, lakin müəyyən bir əməlin günah olduğunu bildikdən sonra o əmələ tövbə etmək kifayətdir. Keçmişdə baş verən günahları şeytan yada salır ki, sizi məyus edib ümidsizliyə qapandırsın, həmçinin həmin günahlara yenidən sövq etsin. Belə olan hallarda bu vəsvəsələrə fikir vermək lazım deyil. Uca Allah bağışlayan və rəhmlidir: "(Rahmənin qulları o kəslərdir ki,) ... Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhm­­lidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar". (əl-Furqan, 68-71).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) də belə demişdir: "Günahdan tövbə edən günahı olmayan kimidir". (İbn Məcəh, 4250).
Ona görə nə günah olursa-olsun, əgər bəndə səmimi tövbə edibsə, Uca Allah ona əzab verməyəcək. Digər günah əməllərə görə də tövbə etmək və günahdan çəkinmək üçün vasitələrdən istifadə etmək lazımdır. Daha ətraflı:
Paylaş: