Dəstəmaz alanda coraba məsh etməyə aid hansı dəlillər var?
Sual:
Assalamualeykum dəstəmazli halda geyinmis corablara məsh cəkmək hardan gəlib bu barədə daha ətrafli dəlil gətirə bilərsinizmi, ama bəzi qardaslar (hanefi mezhebiynen geden) deyirki belə bir şey yoxdur bu bidətdir ona gorə bu məsələ məni cox narahat edir
Cavab:
Və aleykum Salam. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) dəstəmaz aldıqda belə edərdi. Bu məsələ ayədə deyil, hədislərdə öz təsdiqini tapmışdır. Bu barədə 40-a yaxın səhih hədis vardır. Həmin hədislərə əsasən Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) məsh çəkərdi. Sadəcə olaraq əvvəllər xofun (dəridən düzəldilən corabın), indi isə corabın üzərinə məsh edirlər. İslam alimləri əvvəllər istifadə edilən xofun indiki corab hökmündə olduğunu söyləmişlər. Həmçinin, Əbu Hənifənin (Allah ona rəhmət etsin) özü ömrünün sonlarında bü sünnəni tətbiq etmişdir. Əbu Muqatil əs-Səmərqəndi (Allah ona rəhmət etsin) demişdir: "Vəfat edəcəyi xəstəlik vaxtı Əbu Hənifənin (Allah ona rəhmət etsin) yanına gəldim, su gətizdirib dəstəmaz aldı. Ayaqlarında corab var idi, corablarına məsh etdi və belə dedi: "Əvvəllər etmədiyim bir şeyi bu gün edirəm. Salamat olmayan corablara məsh edirəm". (ət-Tirmizi, 99). Daha ətraflı: Corabın üstünə məsh etmək barədə