"Namusa toxunanın namusuna toxunarlar" deyimi düzgündürmü?
Salam aleykum.
1. Bu cavabları oxuyun:
Yuxu haqqında
Quranda və səhih hədislərdə yuxu yozma haqqında məlumat verilirmi?
2. Belə bir hədis haqqında məlumatımız yoxdur. Siz istədiyiniz şəkildə istədiyiniz adamla ailə qurmaq üçün dua edə biləriniz. Amma sizə nəyin qismət olacağını yalnız Uca Allah bilir. İnsanlar gələcəyi bilmədiklərinə görə gələcəkdə kiminlə ailə həyatı quracaqları barədə məlumatları yoxdur. Hər kəs həyatda çalışmalı və Uca Allahdan yalnız xeyir olanları diləməlidirlər. Həmçinin, duanın qədəri dəyişməsi haqda bir çox hədislər var. Dua vasitəsilə başa gəlmək ehtimalı olan bəla baş verməyə bilər. Daha ətraflı:
Kiminlə ailə qurmaq insanın öz seçimidir, yoxsa alın yazısıdır?
Dualarım qəbul olmur, nə edim?
Dua qədəri dəyişə bilərmi?
Qədəri bəhanə gətirənlərə cavab
3. Rəvayət edilir ki: "Qureyşli bir gənc Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ey Allahın elçisi izn ver zina edim". Səhabələr (Allah onlardan razı olsun) ona yaxınlaşıb sus-sus deyib kənara çəkdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Yaxın gəl!" O yaxına gəldikdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Öz anana rəva edə bilərsənmi?" O dedi: "Allaha and olsun ki, yox!" O (salləllahu aleyhi və səlləm) buyurdu: "İnsanlar da öz analarına bunu rəva bilmirlər. Bunu öz qızına rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" O (salləllahu aleyhi və səlləm) buyurdu: "İnsanlar da bunu öz qızlarına rəva bilməzlər. Bunu öz bacına rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" O (salləllahu aleyhi və səlləm) buyurdu: "İnsanlar da bunu öz bacıları üçün rəva bilməzlər. Bunu bibin üçün rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" "İnsanlar da bunu öz bibiləri üçün rəva bilməzlər. Bunu öz xalan üçün rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" O (salləllahu aleyhi və səlləm) buyurdu: "İnsanlar da bunu öz xalaları üçün rəva bilməzlər". Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) əlini onun çiyninə qoyub dedi: "Allahım Onun günahlarını bağışla, qəlbini təmizlə və ismətini qoru. Bu hadisədən sonra o gənc heç vaxt zinaya meyl etmədi". (İmam Əhməd: "Musnəd", 5/256). Həmçinin oxuyun: Zina və ondan necə qorunmaq haqqında