Özümə lazım olan əşyanı başqası istəyəndə verməmək olar?

    16.03.2017
Kimdən: 
vefa
Sual: 
Salam.Menim size bir sualim olacaq.Evvelceden minatdarligimi bildirirem.Insanin bir seye meselen esya v.s kimi seyler ozuna lazim ola ola yeni ondan istifade edirde ozgesi isdese vermese gunah sayilirmi.Ele oluqda paxil insan olur.
Cavab: 

Və aleykum Salam. İnsanın özünün ehtiyacı olduğu halda istifadə etdiyi hər hansı bir əşyanı başqası istədikdə, ona verməməsi günah deyil. Bu məsələdə siz haqq sahibisiniz və sizdə olanı sizdən istəyən adama vermək ixtiyarınız var. Amma özünüzün ehtiyacınız ola-ola sədəqə verməyiniz ən xeyirli əməllərdən sayılır. Ammar ibn Yasir (Allah ondan razı olsun) rəvayət edir: "Kimdə bu üç şey olarsa, artıq imanını kamilləşdirmişdir; insaflı olmaq, ehtiyac içində ola-ola sədəqə vermək və hər kəsə salam vermək". (İbn Həcər: "Fəthul-Bəri", 1/82). Həmçinin oxuyun: Qonşu özünün imkanı olduğu halda məndən nəsə istəyirsə, verməmək günahdır?

Teqlər: 
Paylaş: