Namaz qılan xanım nələrə riayət etməlidir?

    28.03.2017
Sual: 
Salam Aleykum. Namaz qılan xanım nələrə riyayət etməlidir. Və nələri etmək olmaz.
Cavab: 
Və aleykum Salam. Hər bir kəs Cənnəti qazanmaq üçün ilk növbədə əbədi Cəhənnəm əzabına səbəb olacaq Uca Allaha şərik qoşmaq günahından çəkinməli və dində Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etmədiyi bidətlərdən (yeniliklərdən) özünü qorumalıdır. Bundan sonra namaz və hicab başda olmaqla Uca Allahın vacib əmrlərini yerinə yetirməli və böyük günahlardan çəkinməlidir. Günah etdikdə isə səmimi qəlbdən tövbə etməli, həmin günaha təkrar qayıtmamağa çalışmalıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: "Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol"- deyilər...". (İmam Əhməd, 1661). Daha ətraflı:
Teqlər: 
Paylaş: