Valideyni falçıya inanan adamın namazları batil ola bilərmi?

    24.03.2017
Sual: 
Essellemu aleykum Sualim budurki evde Quran oxuyan ve Ibadet eden bir insan Olduqda ve hemin insanin anasi Fala inanirsa falcinin dediylerini edirse o zaman Hemin insanin ibadetleri batil olurmu? O ki Defelerle anasiniyla bu movzuda danismisdir ama anasi yenede Bu gunahdan cekinmeyib
Cavab: 
Və aleykum Salam. Hər kəsin günahı özünə zərər verir. Həmin namaz qılan insanın öz anasının əməlinə qarşıdır və onun dediklərinə inanmırsa, bunun onun namazlarına zərəri yoxdur. Həmçinin, həmin şəxs öz anasını bu böyük günahdan hikmətlə gözəl şəkildə izah edərək çəkindirməlidir, çünki bu Cəhənnəmə aparan yoldur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399). Daha ətraflı: 
Paylaş: