Namaz vaxtı balaca uşağın və ya pişiyin yanıma gəlməsi namazımı batil edirmi?

    30.03.2017
Kimdən: 
Elsen
Sual: 
Salam Aleykum1.namazda olarek usaqin namaz qildiqin xalcada oturmaqi birde2.pisiy gelib namaz qilan adama deyibse namazi yeniden qilmaq lazimdirmi.Bu xidmete gore Allah razi olsun
Cavab: 
Və aleykum Salam. Namaz qılarkən uşağın gəlib namaz qılan yerdə oturmasında bir qəbahət yoxdur. Həmçinin pişik murdar olmadığına görə insana toxunmasının namaza heç bir maneəsi yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "O, murdar deyil. O, sizin ətrafınızda dolaşanlardandır". (ət-Tirmizi, "Təharət",  92).
Paylaş: