Camaat namazında imam salam verəndə təşəhhüd duasını yarımçıq saxlamalıyammı?
Sual:
Əs Salamu Aleykum.
İmamla namaz qılarkən İmam təşəəhhüddən sonra salam verib namazı bitirir.Amma mən hələ təşəhhüdü oxuyub qutarmamışam.Sona qədər oxuyum yoxsa imamla məndə salam verim çıxım?
Cavab:
Və aleykum Salam. Təşəhhüd namazın rüknlərindəndir. Əgər təşəhhüdü bitirmək uzun bir vaxt tələb etməyəcəksə, siz təşəhhüdü tamamlamalısınız. Əks halda imam namazı bitirən kimi siz də salamları verib namazı bitirməlisiniz. Daha ətraflı:
Namazın rüknləri və vacibləri hansılardır?
Camaat namazı necə qılınır?