Özümə yaxşı bir dost necə tapa bilərəm?
Sual:
Salam.Necəsiz?menim 19 yaşım var.çox şukur namaz qılıram.dinimi öyrənib,yaşamağa çalışıram.Dini daha da öyrendikce Allahı daha da sevirem, dine bağlanıram.
Amma dostlarımdan soyumuşam,çunki bir araya gelende boş boş söhbətlər danışılır,özlərindən razı bir şəkildə danışıqlar falan.men bunları sevmirəm. Qohumlardan da ele insanlar var. Bilirəm qohumluq elaqelerini pozmaq olmaz.Amma men nece özüme yaxın bir dost tapa bilerem?
Hemde insanlar yanımda boş boş danışanda ne reaksiya verməliyəm?
Cavab:
Və aleykum Salam. Əgər qohumların hal-əhvalını soruşursunuzsa, xəstələnəndə ziyarət edirsinizsə, bu, qohumluq əlaqələrini qırmaqdan sayılmır. Yəni, hökmən deyil ki, o insanlarla oturub-durasan. Yaxşı dostu isə dində axtarın, çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) insanın öz dostunun dinində olduğunu bildirmişdir. Həmçinin, o, yaxşı dostu ətir satana, pis dostu isə körükçüyə bənzətmişdir. (Səhih əl-Buxari "Zəbaih", 31, "Buyu", 38; Səhih Muslim "Birr", 146). Həmçinin, insanlar yanınızda mənasız söz danışanda nəsihət edin, əgər mümkün olmasa, başqa mövzuya keçənə qədər səbir edin. Daha ətraflı: