Əgər heyz on beş gün davam edirsə, namazları nə vaxtdan qılmaq lazımdır?
Sual:
Salam aleykum ,men artiq 15gunduki aybasi olmusam.amma bu mende normal hal deyil.en cox bir hefte en az 4-5gun olurdum.vaxtimin coz olmasi mene narahatliq verir.cunki normal olaraq namazlarimin vaxti ötür.aybasi hecmim bu defe vaxt baximdan cox oldu amma hecmi az oldu.buda aybasinin bitib bitmemeyi menj hergun casdirir.bilmek isdeyiremki artiq 15gundu hecmi az olsada hergun olmusam.indi men qusullanib normal herseye regmen namazimi davam edim ya tamamile bitdiyine emin olandan sonra baslayim namazlarima?
Cavab:
Və aleykum Salam. Heyz qanı adi qandan fərqli olur. Əgər, həqiqətən, həmin axan qan heyzdəndirsə, onda həmin günlərdə buraxılan namazların qəzasını qılmaq lazım deyil. Əgər həmin qan heyzdən deyilsə, onda istihazə qanıdır. İstihazəli halda isə dəstəmaz alıb namaz qılmaq lazımdır. Daha ətraflı:
Heyz müddəti uzun çəkərsə, nə vaxtdan namaz qılınmalıdır?