Namazı tərk etmişəm, yenidən başlamaq üçün mənə kömək edə bilərsiniz?

    01.04.2017
Sual: 
Salam. Mən 1 ilə yaxın idiki namaz qılırdım lakin soradan namazı tərk etdim əslində yenidən başlamağ isdəyirəm sadəcə ürəimdə inamsızlığ istəksizlik var xaiş edirəm mənə kömək edəsiz.
Cavab: 
Və aleykum Salam. Siz ürəyinizdə olana fikir verməyin, çünki istəksizlik, inamsızlıq və ya ümidsizlik fikri şeytandandır. Uca Allah hər bir bəndəsini itaətə çağırır, itaətə qayıdan bəndələrini bağışlayır və onlara görə sevinir. Odur ki, Uca Allahın itaətinə qayıtmaqla Rəbbinizi sevindirin və məlun düşməninizi məyus edin. Allah sizə yardım etsin! Daha ətraflı: 
Paylaş: