Səhv səcdəsindən sonra təşəhhüd oxunmalıdır?
Sual:
SALAM!Necəsiz? 1 Əgər 2səhf səcdəsi edib oturduqdan sonra salamdan qabaq yenidən təşəhuddud və duani oxumaq lazimdirmı? 2 Yaxud səhf səcdəsini yerinə yetirmək ücün yenidən 1 rəkət qılıb 2 ədəd səhf səcdəsi yerinə yetirməliyəmsə bu 1rəkəti yerinə yetirmək ücün 1 yoxsa 2 surə oxumalıyam?3 Səcdədə vacib zikri oxuduqdan sonra öz dilimizdə dua etdikdən sonra səcdədə ola ola amin demək olarmı?Allah sizi qorusn və sizdən razı olsun!
Cavab:
Və aleykum Salam.
1. Səhv səcdəsini etdikdən sonra yenidən təşəhhüdü demək lazım deyil.
2. Bir rükət əlavə qıldıqda axırıncı rükət kimi qılınır. Yəni, Sübh namazındadırsa, ikinci surə deyilməlidir. Digər namazlarda bir rükət qılırsınızsa, ikinci surə oxunmur. Məsələn, Sübh namazında ikinci rükətdə iki səcdə əvəzinə bir səcdə edilibsə, həmin rükət sayılmır və ikinci rükət yenidən qılınır. Sübh namazı iki rükətli namaz olduğuna və hər iki rükətdə ikinci surə oxunduğuna görə, əlavə etdiyiniz bir rükətdə də ikinci surə oxunmalıdır, axırda isə səhv səcdəsi edilməlidir. Zöhr, Əsr, Məğrib və İşa naazlarında isə hansı rükətdə edilən səhvdən asılı olmayaraq, namazın axırında bir rükət qılırsınız, bu rükət axırıncı rükət kimi olur və ikinci surə oxunmur və sonda səhv səcdəsi edilir. Məsələn, siz Zöhr namazında ikinci rükətdə iki səcdə əvəzinə bir səcdə etmisinizsə, həmin rükəti saymayıb yenidən ikinci rükəti olduğu kimi qılırsınız, belə etdikdə bir rükət artıq qılsanız da əlavə edilmiş rükət axırıncı rükət sayılır. Həmçinin oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?
3. Səcdədə ana dilinizdə dua edə bilərsiniz. Daha ətraflı: Namazda öz dilində dua etməyə dəlil nədir?