Əqiq qurbanını uşağın qohumları kəsə bilər?

    10.04.2017
Sual: 
Salam aleykum!Necəsiz?Allah sizdən razı olsun;Sizin bu saytı cox bəyənirəm və hər gün izləyirəm"Sual:Yeni dogulan oglan uşagına görə əqiq qurbanını baba,nənə,əmi,dayı kəsə bilərmı?Əgər kəsə bilərsə,qurban kəsən adam öz yaşadıgı yerdə qurban kəssə, uşaq isə başqa yerdə yaşasa necə?Yaxud oglan uşagı ücün 2 qurbandan birini ata o birini baba kəsə bilərmı?Təşəkkür edirəm.
Cavab: 

Və aleykum Salam. Əqiq qurbanında əsas məqsəd yeni doğulan uşaq üçün qurbanın kəsilməsidir. Ona görə də əqiq qurbanını qeyd etdiyiniz şəxslərin şəriətimizin izn verdiyi istənilən yerdə kəsməsi icazəlidir. Həmçinin, yeni doğulan oğlan uşağı üçün qurbanın birini atası, digər birini də istənilən yaxını kəsə bilər. Həmçinin oxuyun:
İslam fiqhi: ƏQİQ bölümü
Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər haqda ətraflı yaza bilərsinizmi?
Yeni doğulmuş oğlan uşağı üçün iki baş qoyunun qurban kəsilməsi mütləqdirmi?

Teqlər: 
Paylaş: