104. Müsafirin səhərə yaxın etdiyi dua

 [Səmmə'a (səmmi'a) samiun bi­həmdilləhi, və husni bəlaihi aleynə. Rab­bənə sahibnə və afdıl aleynə aizən billəhi minən-nər]

 «Üzərimizə olan gözəl sınağından dola­yı Allaha etdiyimiz həmdi eşidən eşitdi [və ya eşit­dirdi]. Oddan Allaha sığınaraq (deyirəm:) Ey Rəbbimiz! Bizə yoldaş ol və bizə mərhə­mət et!»[1]
 

 
[1] Muslim, 4/2086. Hədisdəki «eşidən eşitdi», yəni «Allahın (bizə verdiyi) nemətlərinə və lütfünə görə Ona etdiyimiz həmdə şahid olan şahid oldu». «Eşidən eşitdirdi» sözünün mənası da odur ki, «Mənim bu sözlərimi eşidən, onları baş­qalarına çatdırdı və o da eyni ilə həmin sözləri dedi». Bu, səhər-səhər zikr və dua etməyə daha çox diqqət yetirmək üçündür. «Ey Rəbbimiz! Bizə yoldaş ol və bizə mərhəmət et!», yəni «bizi hifz et, bizi qoru, bizə nəzarət et, bol-bol ne­mətlərinlə bizə lütf et və xoşagəlməyən bütün şeyləri bizdən uzaqlaşdır!» ən-Nəvəvi, «Şərh Səhih Muslim», 17/39.