"Fərəqət" komandasında əllər yanda olduğu üçün namazı da elə qılmaq lazımdırmı?
Sual:
Salam aleykum eyer sie ehli bele deyek men bir kamandir esgere fereqet kamandasi verir azad kamandasi verende eller yanda olur eyer eller bagli olsaydi qiyam halinda olardi qiyam hali eli aciq olmalidir.
Cavab:
Və aleykum Salam. Uca Allah Qurani Kərimdə bizə ibadətləri Peyğəmbər (salləllahu aleyhi və səlləm) kimi icra etməyi əmr edib, əsgərlər kimi yox. Uca Allah buyurur: "Qoy onun (peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar". (ən-Nur, 63). Səhih hədislərə əsasən Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namazı əli bağlı qılmışdır. Daha ətraflı: Namazda əlləri necə tutmaq lazımdır?