İstixarə namazında olan duanı öz dilimizdə etmək olar?
Sual:
Assalam aleykum va rahmatullah.Allah təala sizin elminizə bərəkət versin və sona qədər islam üzərində etsin.
Sualım istixarə namazının duası ilə bağlıdı.Dua iki dildə göstərilir bozim dildə və ərəb dilində.Öz dilimizdə duanı əzbərləyib namaz əsnasında demək olarmı yoxsakı mütləq ərəb dilində demək vacibdir.Cünki ərəbcə duanı edəndə hansı yerində işin adını çəkəcəyimi bilmirəm.
Cavab:
Və aleykumus-Sələm və rahmətullah. İstixarə namazında olan duanı ərəb dilində desəniz daha yaxşıdır, lakin öz dilinizdə də bu duanı deyə bilərsiniz. İstixarə duasının təşəhhüddən sonra salamdan qabaq edilməsi daha yaxşıdır. Daha ətraflı: İstixarə namazı necə qılınır?