Kəhf surəsinin transkripsiyasını yaza bilərsiniz?
Sual:
ALLAHın Salamı olsun sizə. Çox xahiş edirəm Kəhf Surəsinin ərəbcədən latınca (transkripsiyasını) oxunuşunu yaza bilərsinizmi? 110 ayənin hamısını çox xahiş edirəm. Cənab ALLAH elminizə qüvvət versin!
Cavab:
Və aleykum Salam. Təəssüf ki, biz bunu edə bilməyəcəyik, çünki ayələrin transkripsiyası həqiqi ayənin səslənməsinə uyğun gəlmir. Ərəb hərflərinin bir çoxunun azərbaycanca qarşılığı yoxdur. Düzgün tələffüz olunmayanda isə, hətta məna dəyişə bilər. Sizə məsləhətimiz odur ki, ərəb əlifbasını öyrənəsiniz, bu çox asandır. Həmçinin oxuyun: