107. Sevindirici yaxud xoşagəlməyən hadisə ilə rastlaşan adam nə deməlidir
Peyğəmbəri səllallahu aleyhi və səlləm sevindirən bir hadisə baş verdikdə deyərdi:
[Əlhəmdu-lilləhil-ləzi bini'mətihi tətimmus-salihat]
«Neməti sayəsində yaxşı işlər tamamlanan Allaha həmd olsun!». Xoşuna gəlmədiyi bir hadisə baş verdikdə isə deyərdi:
[Əlhəmdulilləhi alə kulli hal]
«Hər bir halda Allaha həmd olsun!»[1]
[1] Hədisi İbn əs-Sunni «Əməlul-Yəumi vəl-Leyl», əsərində nəql etmişdir; əl-Hakim də rəvayət etmiş və onu “səhih” saymışdır. 1/499; əl-Albani də onu “səhih” hesab etmişdir. «Səhihul-Cami», 4/201.