Namazda oxunan surələr, barmağı necə tutmaq və salam vermək haqqında

    12.04.2017
Kimdən: 
vusale
Sual: 
salam . baqwlayn yenede bu suali yazram . namazn birinci ve ikinci ruketnde fatihe ve ixlas . deyilir.. bes ucuncu ve dorduncu ruketinde ne deyilir?? olardada fatihe ve ixlas?????? birde namazda wehadet barmaqn weytana teref tutmaq deyilen bisey var?? hemde namazada deilir ki uzu qibleden bawqa terrfe dondermek olmaz. bes ciyindeki meleklere salam verende namaz batil olmur?? axi orda bawimizi saga ve sola donderirik???
Cavab: 
Və aleykum Salam. Namazın üçüncü və dördüncü rükətlərində yalnız Fatihə surəsi deyilir. Namazda üz deyil, sinə qiblədən çevrildikdə namaz batil olur. Namazda olan salamlar isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qıldığı namazda olan hərəkətdir. Asim ibn Damra (Allah ondan razı olsun) demişdir: "Biz Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) Allah Elçisinin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gündüz qıldığı (nafilə) namazları barədə soruşduq. O dedi: "Düzü, sizin bu namazları yerinə yetirməyə gücünüz yetməyəcək". Biz dedik: "(Sən de,) bizdən kimin bu namazları qılmağa gücü yetərsə, qılacaq". O dedi: "O, günəş şərqdən doğduqdan sonra, əsr çağı günbatan istiqamətindəki yüksəklikdəki bir yüksəklikdə olduğu zaman iki rükət namaz qılardı. Sonra şərqdən günəş yüksəlib günortaüstü zenitə yaxınlaşdığı zaman dörd rükət namaz qılardı. Zöhrdən əvvəl dörd rükət, sonra iki rükət, əsrdən əvvəl dörd rükət namaz qılar və (bu dörd rükətlərin) hər iki rükətini Allaha müti olan mələklərə, habelə onların yolunu tutub gedən möminlərə və müsəlmanlara salam verməklə digərindən ayırardı". (ən-Nəsai, 864).
Daha ətraflı: Namazda təşəhhüddə barmağı nə üçün qaldırırlar?
Teqlər: 
Paylaş: