Namaz qılarkən qunut duasında istənilən duanı etmək olarmı?

    19.04.2017
Kimdən: 
Vusal
Sual: 
Salam. Namaz qilarken qunut tutulanda istenilen dua edile biler yoxsa mueyyeen dualari soylemeliyik?.
Cavab: 
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) fərz namazlarında yalnız bir ay müddətində çətinlik və bəla üz verdiyinə görə qunut tutmuşdur. Ona görə ciddi ehtiyac yoxdursa, fərz namazlarında qunut tutmağa ehtiyac yoxdur. Sünnə namazlarından isə yalnız vitr namazında qunut tutulur. Bu halda qunutda istənilən duaları oxumaq olar, lakin daha yaxşı olar ki, səhih sünnədə gələn duaları oxuyasınız. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: