Namazda qunut necə deyilməlidir?

    02.02.2015
Kimdən: 
yegane
Sual: 
Salam aleykum.namazda qunut:"rebbane atina fid dunya heseneh ve fil axireti heseneh ve qina essabannari"bu cur deyile biler?dogru mezhebin qunutu necedir?yoxsa:"Allahummeselli ela muhamedin ve ali muhammed" bele deyilmelidir?birde ki qunut tutarken dua oxunduqdan sonra elleri uze vurmaq olarmi?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə, qunut duasında istənilən dua edilə bilər. Həmçinin sizin qeyd etdiyiniz duaları oxumaq olar. Peyğəmbərin (salləllahu aleyhi və səllə) etdiyi duaları etmək isə daha üstündür: Vitr namazında edilən qunut duası
Məlumat üçün deyək ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) və səhabələr fərz namazlarında yalnız şiddətli müsibət vaxtlarında, adi vaxtlarda isə yalnız vitr namazında qunut duası ediblər. Ona görə də fərz namazlarında həmişə qunut tutmaq düzgün deyil.
Həmçinin duadan sonra əlləri üzə sürtməklə bağlı heç bir dəlil yoxdur, bu bidət (dində yenilik) sayılır.

Teqlər: 
Paylaş: