Bir qadın gəlinimizi ələ alaraq ailəmizi dağıtmaq istəyir...
Və aleykum Salam. Ailə dağıtmağa çalışmaq şeytan işidir və ən böyük günahlardandır. Uca Allah buyurur: "...şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: "Biz ancaq bir sınağıq, sən gəl kafir olma!" - deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər...". (əl-Bəqərə, 102). Cabir (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "İblis öz taxtını suyun üzərində qurur. Sonra öz ordularını göndərir. Bunların ən çox fitnə edəni, ona ən yaxın olanıdır. Onlardan biri gəlib belə və belə etdim deyir. (İblisdə ona) belə deyir: "Heç bir şey etmədin!" Sonra onlardan biri gəlib deyir: "Kişini arvadından ayırmadan onları tərk etmədim!" İblis onu özünə yaxınlaşdırır və deyir: "Sən nə yaxşısan!"...". (Muslim, 2813, 5032, 7284).
Əgər həmin qadın nəsihət dinləmirsə, qardaşınız həyat yoldaşına o qadınla oturub-durmağa, onunla danışmağa icazə verməsin. Həyat yoldaşının da borcu kişi ona günah işləri əmr etmədikcə ərini eşidib ona itaət etməsidir. Qardaşınıza da xatırlatmaq lazımdır ki, kişi öz ailə üzvlərinə görə cavabdehdir, onların kimlə oturub-durmasına fikir verməli, onları günah işlərdən çəkindirməli, Allahın buyurduğu qaydada öz ailəsini idarə etməlidir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (əl-Buxari, 2554; Muslim, 1829). Əgər həmin qadın sizə cadu edibsə, hər gün evdə Quran səsləndirin və burada yazılanları edərək cadudan qorunmağa çalışın. Həmçinin oxuyun:
Cadudan necə qorunmaq olar?
Ailədə münaqişələrin yaranmaması üçün nə etmək lazımdır?