120. Ərafa günü edilən dua
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Ən xeyirli dua, Ərafa günü edilən duadır. Mənim və məndən əvvəlki Peyğəmbərlərin söylədiklərinin ən xeyirlisi budur:
[Lə ilahə illəllahu vahdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir]
«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!»[2]