121. Məş'ərülhəramda edilən zikr
«Peyğəmbər səllallahu aleyhi və səlləm Qəsvayə[2] minib Məş'ərülhərama gəldi, üzünü qibləyə çevirdi, (Allaha dua etdi, Onun ən Böyük olduğunu, Ondan başqa məbud olmadığını və Onun Tək olduğunu söylədi)[3]. O, hava işıqlanana qədər ayaq üstə dayanıb [bu cür dua etməkdə] davam etdi və günəş çıxmazdan əvvəl yola düşdü!»[4]