Pirin yaxınlığında yerləşən məsciddə namaz qılmaq olarmı?

    12.05.2017
Sual: 
Salamun aleykum qardas bu qubaya gedən yolda beş barmaqda mescid kimi yer var orda namaz qilmaq icazelidirmi? mən həmişə o yoldan kecəndə orda qilmişam, indi bir el tələbəsindən esidirəm ki orda qilmaq olmaz
Cavab: 
Va aleykum Salam. Hamam, qəbristanlıq və içərisində qəbir olmayan istənilən təmiz yerdə namaz qılmaq olar. Əbu Mərsəd əl-Ğanəvi (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: "Qəbirlərə tərəf namaz qılmayın və onların üzə­rində oturmayın". (Muslim, 972). Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə demiş­dir: "Məzarlıq və hamam istisna olmaqla, bütün yer üzü səcdə­gah­dır". (Əbu Davud, 492; ət-Tirmizi, 317). Amma, qeyd etdiyiniz namazgah pirlə əlaqəli olduğu üçün orada namaz qılmaqdan çəkinmək lazımdır, çünki insanlarda pirlərdə müqəddəs olması və orada namaz qılmağın icazəli olması barəsində yalnış fikir yarana bilər. Həmçinin oxuyun: Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
Paylaş: